Doğuş şəhidlərə görə sabahkı konsertini təxirə saldı - foto

Doğuş şəhidlərə görə sabahkı konsertini təxirə saldı - foto
3699 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın 8 hərbçinin ölüm xəbəri ilə sarsıldığı bir vaxtda Türkiyənin məşhur müğənnisi Doğuşun Bakıda konsert proqramı ilə çıxış edəcəyi ilə bağlı xəbər vermişdik.


Axşam.az-ın məlumatına görə, ifaçı rəsmi İnstaqram səhifəsində konsertin təxirə düşdüyünü açıqlayıb:

“Azərbaycandakı konsertimi təxirə saldım. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Başqa zamanda görüşmək ümidi ilə...”

Xatırladaq ki, AzVision.az məsələ ilə bağlı konsertin reallaşacağı “Panoramic Restaurant & Music Hall”un adminstratoru ilə əlaqə saxlasa da,  restorandan Doğuşun konsertinin təxirə salınmayacağı və yalnız dövlət səviyyəsində matəm elan olunsa, belə addım atılacağı söylənilmişdi.