Doğuş sabah Bakıda konsert verəcək

Doğuş sabah Bakıda konsert verəcək
1971 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın 8 hərbçinin ölüm xəbəri ilə sarsıldığı bir vaxtda Türkiyənin məşhur müğənnisi Doğuş Bakıda konsert verəcək.

Konsert proqramı sabah “Panoramic  Restaurant  & Music Hall”da baş tutacaq. Hər bir vətəndaşın matəm ab-havasında olması görünür restoran rəhbərliyinin və konsertin təşkilatçılarını narahat etmir. Odur ki, təşkilatçılar konserti təxirə salmaq niyyətində deyillər.

Axşam.az xəbər verir ki, AzVision.az məsələ ilə bağlı “Panoramic Restaurant & Music Hall”un adminstratoru ilə əlaqə saxlayıb. Restorandan bildiriblər ki, Doğuşun konserti təxirə salınmayacaq, nəzərdə tutulduğu kimi təmtəraqlı şəkildə keçiriləcək:

“Konsert təxirə salınmayacaq. Əgər dövlət səviyyəsində matəm elan olunsa, o zaman təxirə salına bilər. Yox matəm elan olunmasa, o zaman buna rəhbərlik qərar verə bilər”,- deyə restorandan əlavə ediblər.