"Serebro" qrupunun sabahkı konserti təxirə salındı

"Serebro" qrupunun sabahkı konserti təxirə salındı
1449 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın qızlardan ibarət "Serebro" qrupunun Bakı konserti təxirə salınıb.

Axşam.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, avqust ayının 2-si Bakının istirahət mərkəzlərindən birində təşkil olunması planlaşdırılan konsert proqramı ləğv edilib. Bu barədə tədbirin keçirilməsi nəzərdə tutulan istirahət mərkəzindən məlumat verilib. Onlar başsağlığı verərək qızların başqa bir vaxt çıxış edəcəklərini bildiriblər:

"Cəbhədə düşmənin təxribatlarına layiqli cavab verərək şəhid olan qardaşlarımızın hamısına Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Millətimizin başı sağ olsun! Bu hadisə ilə əlaqədər “Serebro” qrupunun konserti təxirə salınır".