Günay qərarını dəyişdi

Günay qərarını dəyişdi
4785 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva iyulun 11-də Bakıya gələcəyini bildirmişdi.

Axşam.az-ın məlumatına görə, model burada baş tutacaq “Miss Eurovision” gözəllik yarışmasında münsif kimi çıxış edəcəkdi. Müsabiqə baş tutsa da, Günay tədbirə qatılmayıb. Əməkdaşımızla söhbətində model səfərinin təxirə salınmasının səbəbini açıqlayıb:

“Yarışmaya gəlmədim, çünki Türkiyədə daha vacib işlərim var. Burada böyük gözəllik müsabiqəsi təşkil edəcəm. Sentyabrın 11-də "Kral TV"-də canlı yayımlanacaq dünya səviyyəli, möhtəşəm şou olacaq. Noyabrda isə “Miss World” seçimləri keçiriləcək. Hazırda ailəmlə birlikdə istirahətdəyəm. Yaxın günlərdə müsabiqələrlə bağlı geniş məlumat verəcəm”.