“Özümü Murad Boza oxşatmıram”

“Özümü Murad Boza oxşatmıram”
2230 dəfə oxunub
  • A-
  • A
  • A+
Meyxanaçı Namiq Qaraçuxurlu özünü Murad Boza oxşatması ilə bağlı yayılan söz-söhbətlərə cavab verib.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “Azərbaycanın səsi” yarışmasında danışıb. Əsəblərini cilovlaya bilməyən meyxanaçı tamaşaçıların onu qınadığını söyləyib:

“Deyirlər, guya mən özümü “O səs Türkiyə”də münsif olan Murad Boza oxşadıram. And içirəm ki, bir dəfə də olsun, o verilişə baxmamışam. Burada özüm kimiyəm. Heç kimə bənzəməyə çalışmıram. Mən tənqidə hər zaman açıq olmuşam. Baxırlar, fikirlərini bildirirlər, amma bəzi düşüncələr yanlışdır ”.