Əməkdar artist Hüsniyyə Mürvətova yeni ev alıb.
Axşam.az-ın məlumatına görə, o, bu haqda “Öz aramızda” verilişinə qonaq olarkən deyib.
H.Mürvətova yeni mənzilini aktrisa Xuraman Əlizadənin məsləhəti ilə aldığını bildirib:
“Xuramanın məsləhəti ilə yeni mənzil almışam. O, mənim qonşumdur. Çox yaxın rəfiqəyik. Evimiz üzbəüzdür. Hələ köçməmişəm, təmir etdirirəm”.