Şəhidlərimizin hamısının kimliyi dəqiqləşdi - siyahı

Şəhidlərimizin hamısının kimliyi dəqiqləşdi - siyahı
10693 dəfə oxunub
  • A-
  • A
  • A+

Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 5 hərbçisi yaralanıb.

Ötən gün cəbhə xəttində şəhid olmuş Azərbaycan hərbçilərinin hamısının adı məlum olub.

Axşam.az-ın APA-ya istinadən məlumatına görə, düşmənin həmləsini dəf edərkən Azərbaycan Ordusunun adları aşağıda qeyd olunan hərbçiləri şəhid olub:
 
- Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu
- Masallı rayonundan hərbi xidmətə çağırılmış əsgər Əli Rəhimov
- Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış  Mustafa Əlicoşqunov
- Salyan rayonundan hərbi xidmətə çağırılmış Səftər Məmmədov
- Quba rayonundan hərbi çağırılmış Elnur İbrahimov
- Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladov
- Ağdam rayonundan hərbi xidmətə çağırılmış, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü əsgər Əhmədov Qaryağdı Eldar oğlu
 
Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 5 hərbçisi isə yaralanıb. Yaralıların adı dəqiqləşdirilir.