Kamildən həbs olunması ilə bağlı xəbərə münasibət

Kamildən həbs olunması ilə bağlı xəbərə münasibət
6488 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Gülay Zeynalovanın həyat yoldaşı, idmançı Kamil Zeynalovun həbs olunması ilə bağlı xəbər yayılıb.

Axşam.az-ın məlumatına görə, buna səbəb onun yol polisi ilə mübahisə etməsi və ona əl qaldırması göstərilir.

K.Zeynalov əməkdaşımızla söhbətində bu xəbərə münasibət bildirib:

“Belə bir hadisə baş verməyib. Dörd gün bundan əvvəl polislə aramızda mübahisə yaranıb. Avtomobilimi saxlayıblar. Amma mən dövlət işçisinə əl qaldırmamışam. Polislə aramızda nə ciddi bir münaqişə olub, nə də həbs edilmişəm. Ailəmlə istirahətdəyəm”.

Qeyd edək ki, publika.az saytında hazırda idmançının Bakı Şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında olması ilə bağlı xəbər yazılıb. Məlumata görə, şəhərin mərkəzi küçələrinin birində yol polisi onun “Hummer” markalı avtomobilini saxlayıb. K.Zeynalov avtomobildən düşərək polisə əl qaldırıb və  bir də onun avtomobilini saxlamamağı tapşırıb.