"Öz aramızda" verilişində "Vağzalı" çalındı - fotolar

"Öz aramızda" verilişində "Vağzalı" çalındı - fotolar
16907 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV-də yayımlanan “Öz aramızda” verilişində dünən toy həyəcanı yaşanıb.

Axşam.az-ın məlumatına görə, proqrama müraciət edən iki gənc ailə qurub. Aparıcı Zaur Baxşəliyev cütlük haqqında bunları deyib:

“Müşfiq uşaq evində böyüyüb. Ailəsi çətin vəziyyətdə yaşayır. Evi yoxdur. Simuzərlə ailə qurmaq istəyirdi, amma buna maddi durumu çatmırdı. Rəsmi nikahları olsa da, toy etməyə imkanları yox idi. Biz - "Azad Azərbaycan" kollektivi onlara kömək etdik. Mərasim müğənni Elçin Hüseynovun restoranında baş tutdu. Bu işdə bizə o da dəstək oldu”.

Qeyd edək ki, toy mərasiminə sənət aləminin tanınmış simaları da qatılıb.

Məclisdən fotoları təqdim edirik.