Gündə 7 dəqiqə qaçaraq ömrünüzü uzadın

Gündə 7 dəqiqə qaçaraq ömrünüzü uzadın
1164 dəfə oxunub
  • A-
  • A
  • A+

Fiziki hərəkətlərin faydalı təsiri bu hərəkətlərin intensivliyindən və müddətindən o qədər də asılı deyil.

Axşam.az “AzərTAc”a istinadla xəbər verir ki, gündə cəmi 7 dəqiqə yüngül qaçışla məşğul olmaq bütövlükdə xəstəliklər üzündən vaxtsız ölüm riskini 30 faiz, ürək-damar xəstəliklərindən ölüm riskini isə 45 faiz azaldır.

Ayova Universitetinin tədqiqatçı-alimləri 18-100 yaşlarında 55 mindən çox Amerika sakininin həyatını 15 il müşahidə və təhlil edərək bu nəticəyə gəliblər.

“Daily Mail” nəşrinin xəbərinə görə, eksperiment müddətində həmin adamların 3 mindən çoxu dünyasını dəyişib. Onlardan 217 nəfərinin ölümünə səbəb ürək xəstəliyi olub. Tədqiqat iştirakçılarının orta hesabla hər 4 nəfərindən biri qaçışla məşğul olurdu. Məlum olub ki, qaçışla məşğul olanlar bunu etməyənlərlə müqayisədə 3 il çox yaşayıblar.

Tədqiqatın nəticəsinin psixoloji əhəmiyyəti də az deyil, çünki qaçmaq istəyən, lakin bunu etməyənlər çoxu vaxt amilini əsas göstərir: onlar qaçışa çox vaxt sərf etmək istəmir və ya buna imkanı olmadığını söyləyirlər.
Məlum olub ki, həftədə təxminən 50 dəqiqə asta yerişlə qaçan insanların qaçışdan əldə etdiyi effekt daha sürətli və daha uzun müddət qaçan insanların əldə etdiyi effektlə təxminən eynidir.

Bu o deməkdir ki, həftədə təxminən 50 dəqiqə (gündə heç olmasa 7 dəqiqə) asta yerişlə qaçmaq məsləhətdir.