Kənandan boşanma xəbəri ilə bağlı açıqlama

Kənandan boşanma xəbəri ilə bağlı açıqlama
11736 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün rejissor Kənan M.M. haqqında mediada bir çox xəbərlər yayıldı.

Axşam.az-ın məlumatına görə, həbs olunan rejissorun həyat yoldaşı, müğənni Aygün Şükürovanın “Kənanın həbsindən xəbərim yoxdur” sözləri şayiələrə səbəb olub. Hətta Aygünün yaxınlarının cütlüyün boşanması ilə bağlı məlumat verdikləri də deyilib.

Kənan M.M. əməkdaşımızla söhbətində bu xəbərə aydınlıq gətirib:
 
“Bunu deyən qələt edir. Yalandır. Biz boşanmamışıq. Belə söhbət heç vaxt olmayıb”.

Rejissor müğənni Vüqar Muradovun ondan şikayət etməsi və həbs olunması ilə bağlı suala isə belə cavab verib:

“Bu hadisə ilə əlaqədar danışmayacam, mənə heç bir sual ünvanlanmasın”.