Castin Biber aktyorla əlbəyaxa oldu - video

Castin Biber aktyorla əlbəyaxa oldu - video
2480 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün İspaniyanın İbiza adasında "Cipriani" restoranında üz-üzə gələn kanadalı pop ulduz Castin Biber və aktyor Orlando Blum arasında dava düşüb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ayrı-ayrı masalarda şam edən iki məşhurun mübahisəsinə səbəb müğənninin aktyora söz atması olub. C.Biberin O.Blumun keçmiş həyat yoldaşı Miranda Kerr haqqında "Çox yaxşı idi" deməsi qarşı tərəfi qəzəbləndirib və o, ifaçının üzərinə hücum edib.

Məşhurlar arasındakı davanın video-görüntüsü yayıldıqdan sonra pop ulduz "Tvitter" səhifəsində "Pozitivliyimizi qoruyaq" yazısını paylaşıb.

Qeyd edək ki, Castin Biber 2012-ci ildə avstraliyalı supermodel M.Kerrlə sevgili olub.