"Xoşbəxtəm, sevilirəm" - əməkdar artist

"Xoşbəxtəm, sevilirəm" - əməkdar artist
2144 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Mehriban Xanlarova "Xəzər" telekanalında yayımlanan "Bizim gün" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, aktrisa özünü xoşbəxt hesab etdiyini deyib:

"Xoşbəxtəm, çünki sevilirəm. Bu qədər insan məni sevir, tamaşaçı istəyir, verilişlərə dəvət olunuram. Heç ailəm məni tamaşaçılarım qədər istəmir. Bundan böyük xoşbəxtlik ola bilməz".

M.Xanlarova həyatının kədərli anlarını da xatırlayıb:

"Bu xoşbəxtliyin içində göz yaşlarım da var. Elə vaxt olub ki, qışqırıb ağlamışam. Bunu danmıram ki...".