Tubanın həyat yoldaşı ilə ilk selfisi

Tubanın həyat yoldaşı ilə ilk selfisi
4072 dəfə oxunub
  • A-
  • A
  • A+
İnstaqramda hesab açan türkiyəli aktrisa Tuba Büyüküstün ilk selfisini həyat yoldaşı, aktyor Onur Saylakla birlikdə çəkdirib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın paylaşdığı fotoya dünyanın müxtəlif ölkələrindən olan izləyicilər tərəfindən şərhlər yazılıb. Şəkli qısa müddətdə 21 min nəfər bəyənib.

Xatırladaq ki, T.Büyüküstün həyat yoldaşı ilə birlikdə Gürcüstanda II Dünya müharibəsinin son günlərində ölkədən qaçmaq məcburiyyətində qalan müxalif erməni şairi Aramın səfərindən bəhs edən filmə çəkilir.