Kral 66 yaşında altıncı dəfə evləndi

Kral 66 yaşında altıncı dəfə evləndi
1341 dəfə oxunub
  • A-
  • A
  • A+
Zulusun 66 yaşlı kralı Hudvil Zvelitin altıncı dəfə evlənib.

Lent.az-ın Times Live saytına istinadən məlumatına görə, kralın növbəti arvadı Svazilendən olan 28 yaşlı Zola Mafidir.

Kralın toyunda 10 minə yaxın qonaq, o cümlədən CAR-ın prezidenti Ceykob Zuma, mərhum prezident Nelson Mandellanın xanımı Vinni də iştirak edib.

Zulusların kralı toya qara “Mercedes”də hərbçi və milli geyimdə olan zulusların müşayiəti ilə gəlib. Kralın 2 günlük toyunda 60 inək və onlarla qoyun kəsilib.

Qeyd edək ki, kral Zola Mafini hələ 10 il əvvəl seçibmiş. O zaman onun 18 yaşı olub. O zaman o, Svazilendin paytaxtı Mbabanda nüfuzlu kolleclərdən birində təhsil alırmış. H. Zvelitin Z. Mafiylə evlənmək üçün ailəsinə 20 inək verib. Halbuki ordakı adətlərə görə, 11 inək kifayət idi.