Ukraynalı rəqqasə Bakıda şou göstərəcək - fotolar

Ukraynalı rəqqasə Bakıda şou göstərəcək - fotolar
3895 dəfə oxunub
  • A-
  • A
  • A+

Ukraynanın əməkdar artisti, rəqqasə Alla Kuşnir Bakıya gələcək.

Axşam.az-ın məlumatına görə, o, "Şərq gecəsi" adlanan gecədə cazibədar şou nümayiş etdirəcək.

Aparıcı Zemfira Adıgözəlovanın təşkilatçılığı ilə keçiriləcək konsertin açılışını "Rövşən" ritm qrupu edəcək.

Z.Adıgözəlova gecənin “Jumeirah Bilgah Beach Hotel”də baş tutacağını deyib:

“Mərasim  yalnız rəqs nümayişlərindən ibarət olacaq. Gecədə "Amar surage" qrupu lazerli şou göstərəcək. Daha sonra Aydan Hüseynli ilanla rəqs nümayiş etdirəcək. Ərəbistandan gələn Tanuranın şousu qonaqları heyran edəcək. Bu konsert böyük səs-küy doğuracaq".

Avqustun 8-də baş tutacaq gecəyə biletləri "Jumeirah Bilgah Beach", Park Bulvar və ya (050) 225 72 62 nömrəsindən əldə edə bilərsiniz.