Millət vəkilinin bu fotosu qalmaqal yaratdı

Millət vəkilinin bu fotosu qalmaqal yaratdı
2827 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyə parlamentinin üzvü, millət vəkili Hakan Şükürün çəkdirdiyi şəkillərdən biri qalmaqala səbəb olub.

Axşam.az-ın Lent.az-a istinadən məlumatına görə, "Qalatasaray"ın və Türkiyənin futbol yığmasının keçmiş ulduzunun paralel hökumətə qarşı aparılan əməliyyatlarda saxlanılan şübhəli polislərlə xatirə şəkli çəkdirməsini İstanbul prokurorluğu araşdırmağa başlayıb.

"Hürriyet" qəzetinin məlumatında qeyd edilir ki, Hakan Şükür əməliyyatlar zamanı saxlanılan polislərin olduğu həbsxanaya gəlib və içəri girməyə cəhd edib. Həbsxana nəzarətçiləri ona mane olmağa çalışsalar da, Hakan Şükür millət vəkili olduğunu xatırladıb və içəri keçməyə nail olub.

İçəridə olarkən Hakan Şükür həbs edilmiş polislərlə xatirə şəkli çəkdirib. Prokurorluq da məhz bu şəklə görə onun haqqında istintaq işi başladıb.
 
Qeyd edək ki, Hakan Şükür Türkiyədəki rüşvət əməliyyatlarından sonra hakim Ədalət və İnkişaf partiyasından istefa verib.