Cennifer avqustun 10-da ailə qurur

Cennifer avqustun 10-da ailə qurur
1511 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud aktrisası Cennifer Eniston və sevgilisi Castin Teru uzun müddət nişanlılıq dönəmindən sonra evlənmək qərarına gəliblər.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cütlük öz planlarını media nümayəndələri ilə paylaşıb.

Belə ki, okean sahilində toy mərasimini təşkil etməyi düşünən cütlük bu özəl günü açıq havada reallaşdırmaq istəyir. İlkin məlumata görə, toyun avqustun 10-da baş tutacağı bildirilir. Belə ki, sözügedən tarixdə həm də Castin Terunun doğum günüdür.