Məşhur model milyarderlə eşq yaşayır

Məşhur model milyarderlə eşq yaşayır
5296 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur model Miranda Kerr əri Orlando Blumdan boşandıqdan sonra milyarderlə görüşür.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, tez-tez Ceyms Parkerlə görüntülənən Miranda bunu gizlətmək üçün əlindən gələni edir.

Avtomobillərinin yerini dəyişərək paparatsilərdən gizlənməyə çalışan Miranda oğlu Flinni tərbiyə etdiyi üçün münasibətini qabartmaq istəmir. Amma model tez-tez avstraliyalı milyarderin mehmanxanasında görüntülənir.

Xatırladaq ki, Parker 2 dəfə evli olub və modellə ailə həyatı qurub. O, ikinci həyat yoldaşı ilə keçən ilin sentyabrda boşanıb.