Müğənni Cennifer Lopezin 45 yaşını qeyd etməsi ilə bağlı xəbər vermişdik.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, mətbuatda ulduzun doğum günü mərasimindən fotolar yayılıb.
İfaçı Nyu-Yorkun dəbdəbəli restoranlarından birində 100-ə yaxın yaxınını bir araya toplayıb. Qonaqlar sırasında bir çox tanınmış simalar olub. Bundan başqa, gecəyə aktrisa-model Keyt Aptonun keçmiş sevgilisi Maksim Çmerkovskiy də qatılıb. Cütlük dost olduğunu söyləsə də, hər kəs onlarına arasında eşq macərası yaşandığını iddia edir. Cennifer tədbirə cazibədar ağ geyimdə qatılıb. Gecədə Lopezin bədən quruluşuna uyğun tort kəsilməsi xüsusilə maraq doğurub.