Qənirə Paşayeva müğənniyə əsgər libası geyindirdi - fotolar
Ölkə
16:06 / 26.07.14
3590dəfə oxunub
A-
A
A+
Millət vəkili Qənirə Paşayeva Ramazan bayramı münasibətiylə Tovuzda yerləşən N saylı hərbi hissəyə yollanıb.
Axşam.az-ın məlumatına görə, əsgərlərlə görüşə gedənlər arasında əməkdar artist Elza Seyidcahan da olub. Q.Paşayeva müğənniyə əsgər libası geyindirib. Sənətçi hərbi hissədə çəkilmiş fotoları İnstaqram səhifəsində yerləşdirərək "Hərbidən yayınan bəzi kişilərin yerinə əsgər gedək. Belələrinə ar olsun" sözlərini yazıb.
Qeyd edək ki, millət vəkili ilə yanaşı, əsgərlərlə görüşə Türkiyənin Bolu vilayətinin bələdiyyə başçısı Əliəddin Yılmaz da yollanıb.