Burak Özçivit Fəxriyyə Evcənə görə istirahətini yarıda qoydu

Burak Özçivit Fəxriyyə Evcənə görə istirahətini yarıda qoydu
3310 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Burak Özçivit aralarında eşq macərası yaşandığı aktrisa Fəxriyyə Evcəni görməmək üçün tətilini yarıda saxlayıb.

 Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaraşıqlı aktyor keçən həftə Bodrumdan sonra Çeşməyə təkbaşına istirahətə gedib. Özçivitin Çeşmədə çimərlik geyimində yayılan fotolarından sonra Evcen orada görüntülənib. Sevgilisi Ceylan Çapadan ayrıldıqdan sonra adının birlikdə hallandığı Fəxriyyə Evcənlə bir araya gəlmək istəməyən Burak dərhal oradan uzaqlaşıb. Bununla da yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini sübut etməyə çalışıb.


Qeyd edək ki, Burak Özçivit şayiələri Fəxriyyə Evcənin yaydığını və bundan hədsiz dərəcədə narahat olduğunu bildirmişdi.