Erotik filmin treyleri etirazla qarşılandı - video

Erotik filmin treyleri etirazla qarşılandı - video
3657 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyanın 52 dilinə çevrilib 100 milyon nüsxəsi satılmış “Bozun 50 çaları” kitabı əsasında film çəkilib.

Axşam.az oxuzalı.az-a istinadən xəbər verir ki, filmin treyleri bu günlərdə yayınlanıb.

Britaniya yazıçısı E. L. James-in yataq səhnələri ilə dolu bu romanı əsasında çəkilən film də erotikdir. Treyler hətta Amerikada da etiraz doğurub.

Pornoqrafiyaya qarşı mübarizə aparan “Morality in Media” (“Mediada əxlaq”) qrupu filmin yaradıcı heyətini mekodramatik sevgi pərdəsi altında seksual zorakılığı adi bir şey kimi təqdim etməkdə, əslində təbliğ etməkdə günahlandırıb.
Təşkilat bu trilogiyadan ilk kitabın 2011-ci ildə nəşr edilməsindən sonra da narahatlığını bildirmişdi.
“Bozun əlli çaları”nda milyonçu Christian Grey-lə kollec məzunu Anatasia Steele arasında intim münasibətdən bəhs edilir. Oğlan zorakı seks hərisidir, qızsa bunu müticəsinə qəbul edir.
Təşkilat bildirir ki, filmə baxmaq üçün növbəyə duran qadınlar çətin ki, şallaq, zəncir və işgəncələrdən, kişinin qadını alçaltmasından nəsə xeyirli, ilhamverici bir şey əxz edələr.
Film gələn il fevralın 13-ü, “Valentin günü” münasibətilə ekranlara çıxacaq.