Rejissor xanımı ilə efirə çıxmayacaq

Rejissor xanımı ilə efirə çıxmayacaq
3861 dəfə oxunub
  • A-
  • A
  • A+
Rejissor Kənan M.M həyat yoldaşı, müğənni Aygün Mahmudova ilə birlikdə dəvət aldığı efirlərdən imtina edir.
 
Axşam.az-a açıqlama verən rejissor şəxsi həyatı ilə gündəmə gəlmək istəmədiyini deyib:
 
“Bu, öz qərarımdır. Ailəmlə gündəmə gəlmək istəmirəm. Hər zaman da belə davam edəcək”.

Kənan M.M serial çəkməyəcəyini də bildirib:
 
“Ləkə”dən sonra serial çəkməyəcəm. İnsan əziyyətlə əmək sərf edir, amma bizim normal tamaşaçımız yoxdur. Nəyəsə sona kimi baxmırlar. Yarıdan analiz etməyə başlayırlar”.
 
Rejissor film çəkilişlərinə başlayıb. O, “Bozbaş pictures”in filmini çəkir:
 
“Komediya janrındadır. Amma sevgi də olacaq. Oktyabrda filmi təqdim edəcəm”.

Qeyd edək ki, ekran işində “Bozbash pictures”in aktyorları İlkin Həsəni, Elşən Orucov, Ramil Babayev, Azər Baxşəliyev, Nicat Rəhimov rol alacaq.