Kamilə ikinci övlad istəyir

Kamilə ikinci övlad istəyir
4075 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Kamilə Babayeva qızının tək övlad olmasını istəmir.

Axşam.az-ın məlumatına görə, bu haqda o, “Gündəlik” verilişinə qonaq olarkən danışıb. Kamilə aparıcının “Bir qızın var. Onu tək övlad olaraq böyütmək istəyirsən” sualına belə cavab verib:

“Mən ailəmin tək uşağı idim. Eqoist böyümüşəm. Evdə nə var idisə, mənim olurdu. Bölüşməyi bacarmırdım. Yeni ailə quranda çətinlik çəkirdim. Masanın üstündə bir peçenye görəndə götürüb yeyirdim, həyat yoldaşım təəccüblənirdi. İki-üç il ərzində bu keyfiyyəti də özümdə aşıladım. Buna görə də, əsla qızımı tək qoymayacam. İkinci övlad istəyirəm”.

Qeyd edək ki, K.Babayeva qızına Natella adını qoyub.