Aktrisa Mətanətin gizli görüntüsünü yaydı - fotolar

Aktrisa Mətanətin gizli görüntüsünü yaydı -  fotolar
9224 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Vəfa Zeynalova “Gündəlik" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, aktrisa aparıcı Mətanət Əliverdiyevaya sürpriz edib. O, aparıcının Fransa səfəri zamanı hava limanında yerdə yatarkən çəkilmiş gizli videosunu efirdə yayımlayıb.

M.Əliverdiyeva məsələyə belə aydınlıq gətirib:
 
“Fransada çox yorulurduq. Rahat yuxu yata bilmirdik. Hava limanında hərə bir işlə məşğul olurdu. Mən də yuxusuzluqdan əziyyət çəkirdim. Samirin gödəkçəsini yerə sərib yatdım. Bu cür görüntülər məni narahat etmir. Nə olursa olsun, bu qulağımdan alır, o birisindən ötürürəm”.

Xatırladaq ki, məşhurların Fransaya səfərinin məqsədi “Fort Boyard” yarışmasının çəkilişləri ilə bağlı idi. Mətanət Əliverdiyeva verilişin aparıcılarından biri olub.