Həftəsonu hava küləkli olacaq

Həftəsonu hava küləkli olacaq
1200 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı və Abşeron yarımadasında iyulun 26-da və 27-də şimal küləyinin güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti həftə sonuna olan hava proqnozunu açıqlayıb.

Axşam.az-ın məlumatına görə, iyulun 26-sı və 27-də havanın temperatur 3-5 dərəcə düşəcək.
 
İyulun 26-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 34-37 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah əsasən yağmursuz hava şəraiti gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.