"Madmazel" keçmiş həyat yoldaşına ad günü keçirdi - fotolar

"Madmazel" keçmiş həyat yoldaşına ad günü keçirdi - fotolar
2471 dəfə oxunub
  • A-
  • A
  • A+
Son zamanlar adı aktyor Haluk Bilginərlə eşq dedi-qodularında hallanan, "Aşkı-Memnu" serialından Madmazel obrazı ilə tanıdığımız aktrisa Zərrin Tekindor keçmiş həyat yoldaşı, aktyor Çetin Tekindor və oğlu Hiranın yanına - Londona gedib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın 2 dəfə evlənib boşandığı əri Ç.Tekindorla möhkəm dostluq əlaqəsi var.

Ailəsi ilə birlikdə çəkdirdiyi fotosunu İnstaqram səhifəsində paylaşan Zərrin "Çetinlə çox yaxşı dostuq. Onunla ailə qurmağıma peşman deyiləm. Çünki oğlumuz var. Atasının da hər zaman xoşbəxt olmağını istəyirəm" sözlərini yazıb.

Qeyd edək ki, onlar birlikdə 69 yaşı tamam olan Ç.Tekindorun ad gününü keçiriblər. Hira atasının tortun üzərindəki şamı söndürərkən çəkdiyi şəklini sosial şəbəkədə paylaşıb.