Almaniyanın ən varlı sakini öldü

Almaniyanın ən varlı sakini öldü
1171 dəfə oxunub
  • A-
  • A
  • A+

Almaniyanın ən zəngin sakini Karl Albrext ölüb.

Axşam.az-ın anspress-ə istinadən məlumatına görə, Karl Albrext qardaşı Teo ilə birlikdə ”Aldi” ərzaq mağazaları şəbəkəsinin banisi idi. Ən zəngin almanın 94 yaşı var idi.

Albrexti 89 yaşında vəfat edən həyat yoldaşı Mariyanın yanında, Essena şəhər qəbirstanlığında dəfn ediblər. Albrextdən iki yaş kiçik olan qardaşı Karl Teo da dörd il əvvəl ölüb.

Karl Albrextin varidatı daşınmaz əmlakları sayılmadan 18,5 milyard avro olub. Onun daşınmaz əmlakının dəyəri 20 milyard dəyərində qiymətləndirilir.