Putinin qızını Avropadan qovurlar

 Putinin qızını Avropadan qovurlar
3871 dəfə oxunub
  • A-
  • A
  • A+

Malayziyaya məxsus “Boeing-777” sərnişin təyyarəsinin Ukrayna səmasında rusiyapərəst qüvvələr tərəfindən vurulması nəticəsində 190 Hollandiya vətəndaşının həlak olması bu Avropa ölkəsində kəskin hiddət hissi doğurub.

Hollandiyada Rusiyaya münasibət kəskin dəyişib. Hollandiya şəhərlərindən birinin meri isə daha da irəli gedərək Rusiya prezidenti Vladimir Putinin qızını Hollandiyadan qovmağa çağırıb.

Axşam.az Virtualaz.org saytına istinadən xəbər verir ki, bu barədə  “The Guardian” yazıb. Nəşrin yazdığına görə, deportasiya olunması tələb edilən Mariya Putina Hollandiya təbəəsi olan sevgilisi ilə Vorsxoten şəhərində yaşayır.

Putinin qızını ölkədən qovmaq tələbi ilə isə Hilversum şəhərinin meri Piter Broertesdir. Mer bu tələbini iyulun 23-də “Radio 1” radiosstansiyasına müsahibəsi zamanı dilə gətirib.