Rejissor ailə qurmasının 13 illiyini qeyd edir

Rejissor ailə qurmasının 13 illiyini qeyd edir
1604 dəfə oxunub
  • A-
  • A
  • A+
Rejissor Nail Hüseyn ailə qurmasının 13-cü ildönümünü qeyd edir.

Bu haqda Axşam.az saytına açıqlama verən rejissor bildirib ki, həyat yoldaşını özü seçib və elçiliyə tək gedib:

“Bu gün ailə qurmağımdan 13 il ötür. Bu müddət ərzində xanımım bütün xasiyyətimə, tərsliklərimə dözüb. Ailəmə bağlı adamam. Mən elçiliyimi də özüm etmişəm. Ailəmi heç vaxt işimə qurban vermərəm. Mənim üçün hər birinin öz yeri var. Çox xoşbəxt ailə sahibiyəm. İki övlad atasıyam. Oğlum Hüseyn 12, qızım Nailə isə 10 yaşındadır. 13 illiyimizi həyat yoldaşımla birlikdə qeyd edəcəyik. Ona sürpriz hazırlamışam”.