Nadir avtomobilinin cərimə meydançasına aparılmasından danışdı

Nadir avtomobilinin cərimə meydançasına aparılmasından danışdı
1533 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Nadir Qafarzadə avtomobilinin cərimə meydançasına aparılması xəbərinə münasibət bildirib.

Sənətçi Axşam.az-a açıqlamasında bunun şayiə olduğunu deyib:
 
“Bir neçə gündür ailəmlə birlikdə Türkiyədə dincəlirəm. Avtomobilimin cərimə meydançasına aparılması xəbərini mətbuatdan oxudum. Bu, yalandır. Maşınım Bakıda ustadadır. Dəyərli jurnalistlərdən xahiş edirəm ki, məlumatı yazmazdan əvvəl araşdırsınlar. Əgər belə bir şey varsa, etiraz etmirəm, yazın. Amma yalan yazmaq, bu, haqsızlıqdır. Bu cür söz-söhbətlərlə mənim istirahətimi pozmayın”.

Qeyd edək ki, bir neçə gün əvvəl müğənninin “90 BS 777” nömrə nişanlı, “Lexsus” - 570” markalı avtomobilinin Yol Polisi Əməkdaşları tərəfindən cərimə meydançasına aparılması xəbəri yayılmışdı.