Tünzalə Ağayeva gizli bacarığını açıqladı

Tünzalə Ağayeva gizli bacarığını açıqladı
1462 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Tünzalə Ağayeva gizli istedadından danışıb.

Axşam.az-ın məlumatına görə, “Şou+” verilişinə açıqlama verən müğənni rəsm çəkmək qabiliyyəti olduğunu deyib:

“Rəssamlıq bacarığım var. Uşaqlıqda cizgi filmi qəhrəmanlarının şəkillərini çəkirdim. İndi vaxtım olsaydı, təbiət mənzərəsi işləyərdim. Belə rəsmlər xoşuma gəlir”.

Hədiyyə verməyi sevdiyini söyləyən T.Ağayeva hər bir mahnısını dinləyicilərinə bağışladığını bildirib:
 
“İnsan nəyisə bağışlamağı bacarmalıdır. Mən də almaqdan çox, hədiyyə etməyi sevirəm. Hər işdə mənəviyyat axtarıram. Yazdığım hər bir mahnım dinləyicilər üçün hədiyyəmdir”.