Mübariz Mənsimov 7 ulduzlu otelini bağladı

Mübariz Mənsimov 7 ulduzlu otelini bağladı
2642 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yaşayan azərbaycanlı milyarder, gəmiçilik və neft daşımaları maqnatı Mübariz Mənsimov yasa batıb.

Axşam.az Virtualaz.org saytına istinadən xəbər verir ki, Türkiyə hökumətinin İsrailin Qəzzada çoxsaylı mülki şəxsin həlak olduğu hərbi əməliyyatları ilə bağlı ölkədə üç günlük yas elan etməsinə görə Mənsimov yeddiulduzlu istirahət və əyləncə mərkəzini bağlayıb.

Xəbərə görə, M.Mənsimovun Palmarində yerləşən Əyləncə adasındakı “Billionaire Club” üç gün müştərilərə xidmət etməyəcəyini elan edib.

Bodrumda yerləşən digər istirahət məkanları və restoranlar isə sadəcə olaraq musiqinin səsini yavaşıtmaqla kifayətləniblər.

Kurort bölgəsindəki gecə klubları isə əyləncə proqramlarını ixtisar ediblər. Həmçinin çimərliklərdəki açıq diskotekalarda şən mahnıların səsləndirilməsi dayandırılıb.