"Gökhan Özənlə Bakıya gedirik" - Demet Akalın

"Gökhan Özənlə Bakıya gedirik" - Demet Akalın
1861 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənnilər - Demet Akalın və Gökhan Özən Bakıya edəcəkləri səfərlə bağlı sosial şəbəkədə yazı paylaşıblar.

Axşam.az-ın məlumatına görə, 89-cu “Miss Globe İnternational” ("Beynəlxalq Gözəllik Müsabiqəsi") müsabiqəsi ilə əlaqədar paytaxtın qonağı olacaq Demet “Biz Gökhan Özənlə birlikdə gözəllik yarışmasına görə Bakıya gedirik. Əlbəttə ki, səhnəyə də çıxacağıq” deyə bildirib.

Gökhan Özən isə azərbaycanlı pərəstişkarları ilə görüşəcəyini “Tvitter” səhifəsindən elan edib:
 
“Miss Globe İnternational” üçün Bakıya gedirəm. Azərbaycanlı sevənlərimlə görüşməyimə az qaldı”.

Qeyd edək ki, müsabiqəyə bilet satışları artıq başlayıb. Tədbirin qonaqları arasında Kaan Gülsoy, İnna, Lolita, qrup “Radio Killer”, rəqqasə Asena, Memati obrazı ilə tanınan aktyor Gürkan Uyqun və başqaları olacaq.

Yarışma avqustun 23-ü “Crystall Hall” da keçiriləcək. Finalda 120-dən çox ölkənin gözəlləri toplaşacaq.