Uşaq istəmədiyinə görə boşanır

Uşaq istəmədiyinə görə boşanır
2918 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli model Tuba Özay 5 il əvvəl ailə qurduğu italiyalı iş adamı Lüdovik Fattizzodan boşanır.

Axşam.az "Hürriyət"ə istinadən xəbər verir ki, buna səbəb həyat yoldaşının modeldən İtaliyada onunla yaşamağını və uşağı olmasını istəməsidir. Bu barədə açıqlama verən Tuba artıq vəkil tutduğunu bildirib:
 
"5 ildir gah İtaliyada, gah da Türkiyədə yaşayıram. Lüdovik onun yanına köçməyimi söylədi, amma mən ölkəmi tərk etmək istəmirəm. Həm də ki, uşağımızın olmasını tələb edirdi, razılaşmadım. Məni karyeramı üstün tutmaqda günahlandırdı. O, Türkiyəyə gəlmək istəmir, mən də İtaliyaya getmirəm. Vəkillərimizi tutmuşuq".

Qeyd edək ki, T.Özay evlənərkən nikah müqaviləsi bağladıqları üçün heç bir maddi təzminat tələb etməyəcəyini deyib: "Hazırda İtaliya qanunlarına uyğun boşanmağa çalışırıq. Ayrılarkən bir-birimizdən heç nə tələb etməyəcəyik".