"Sevgilim yoxdur"

"Sevgilim yoxdur"
2187 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Mənzurə Musayeva sevgilisini öldürməsi ilə bağlı yayılan şayiələrə son qoyub.

Axşam.az-ın məlumatına görə, sənətçi bu barədə “Şou+” verilişinə açıqlamasında danışıb:
 
“Elə şey olar? Mənim sevgilim olmayıb, indi də yoxdur. Bunu mətbuatda yazmışdılar. Yazsınlar... Xətirlərinə dəymirəm. Məni üzüyola biliblər. Bu da bir reklamdır. Müsahibələrimin birində demişdim ki, sevgimi qəlbimdə öldürdüm. Bunu belə yerə yozublar. Bir də açıqlamamda bildirmişdim ki, müflis olmuşam, bəzi şeyləri satmışam. Bu, hamının başına gələ bilər. Mənim sevgim heç kimə lazım deyildi. Bundan sonra nə onu, nə də başqa sevgini ürəyimdə diriltmək fikrim var. Başımı aşağı salıb, ancaq işimi görəcəm”.