Məşhur cütlük Cənubi Afrikada evlənir

Məşhur cütlük Cənubi Afrikada evlənir
1075 dəfə oxunub
  • A-
  • A
  • A+

38 yaşlı Hollivud aktrisası Şarliz Teron və aktyor Şon Penn ailə qurmağa hazırlaşır.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, nikah mərasimi aktrisanın vətəni Cənubi Afrikada reallaşacaq.

2012-ci ildə Cekson adlı bir oğlan övladlığa götürən Şarliz yenidən belə bir addım ata bilər. Şon Penn artıq Ceksonun da sevgisini qazana bilib və ona atalıq edir. Pennin də valideynlik sahəsində təcrübəsi az deyil. Çünki o, 20 yaşlı Hopper və 23 yaşlı Dilana da atalıq edib. Yarım il əvvəl münasibətə başlayan cütlüyün ailə quracağı üçün xoşbəxt olduğu deyilir.