“Onun üçün darıxıram”

“Onun üçün darıxıram”
6399 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Mehin Hümbətova ailəsi ilə birlikdə istirahətə yollanıb.

Axşam.az-ın məlumatına görə, bu haqda saytımıza danışan sənətçi ailəvi istirahətə üstünlük verdiyini deyib:

“Tətilim çoxdan başlayıb. Ailə üzvlərimlə birlikdə vətəndən kənardayam. Amma harada olduğumu gizli saxlayıram. Onlarla istirahət edəndə stress atıram. Təkcə Günel yanımızda yoxdur. Onun üçün darıxıram. Azərbaycanda dənizə girməyi heç sevmirəm. Hovuza gedirəm. Çimərlik libası geyinəndə saçlarımı yığır, gözümə eynək taxıram ki, tanınmayım. Ancaq bu cür rahat dincəlmək olur”.