Varisin bir yaşı tamam oldu - fotolar

Varisin bir yaşı tamam oldu -  fotolar
1632 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün Britaniya taxtının ən gənc varisi - şahzadə Uilyam və Kembric hersoginyası Keyt Midltonun oğlu Corcun bir yaşı tamam oldu.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu münasibətlə kral ailəsi Corcu nadir tarixi muzey - “Kəpənəklər sərgisi”nə aparıb. Uilyam və Keyt təbriklərə görə təşəkkürlərini bildiriblər:
 
“Hər birinizə ürəkdən minnətdarıq. Bu bir il ərzində ailəmizin yanında olan hamıya “çox sağ olun” deyirik”.

Xəbər verdiyimiz kimi, balaca şahzadənin ad günü Kensinqton Sarayında sadə bir mərasimlə qeyd olunacaq və bu məclisdə yalnız yaxın qohumlar iştirak edəcəklər.