Ronaldonun oğlu anasını tanımır

Ronaldonun oğlu anasını tanımır
3968 dəfə oxunub
  • A-
  • A
  • A+
Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldonun 4 yaşlı oğlu anasını tanımır.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə mətbuata danışan idmançının bacısı Elma uşaqdan bunu gizlətdiklərini etiraf edib:
 
“Bir dəfə ona dedik ki, anan cənnətdədir. Amma qardaşım və nənəsi məndən xahiş etdilər ki, bir də belə deməyim. İndi ona söyləyirik ki, anası səyahətə çıxıb və bu barədə daha bizdən heç nə soruşmur”.

Qeyd edək ki, 29 yaşlı futbolçunun oğlu özü və anası ilə birlikdə İspaniyada yaşayır. 2010-cu ildə doğulan uşağın surroqat ana tərəfindən dünyaya gətirildiyi iddia edilirdi. Lakin daha sonra məlum oldu ki, Ronaldonun oğlu amerikalı ofisiant qadından doğulub. O, həmin qadına uşaqdan imtina etməsi üçün 20 milyon dollar ödəyib.

Futbolçunun məsələyə soyuqqanlı yanaşan model sevgilisi İrina Şeyk isə körpə dünyaya gələrkən sosial şəbəkədə “Sevgilimin oğlu oldu” mesajını yazmışdı.