Tatlısəsin oğlu 3-cü dəfə boşanır
“Türk musiqisinin imperatoru” İbrahim Tatlısəsin Ədalət Durakdan olan oğlu Ahmet üçüncü dəfə boşanır.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2008-ci ildə Tülay Koçakla ailə quran A.Tatlısəsin xanımından ayrılma səbəbi kimi cütlüyün tez-tez dava etməsi göstərilir. İnstaqram səhifəsindən oğlu üçün darıxdığını yazan Ahmet bu sözləri deyib:
“Ata, səni, oğlumu görmək istəyirəm. Mən səndən, o da məndən ötrü darıxır”.
Qeyd edək ki, İbrahim Tatlısəs bundan əvvəl müğənni Ceylanla ailəli olan oğlunun T.Koçakla nikah mərasiminə gəlməmiş, çələng göndərməklə kifayətlənmişdi.