Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
1104 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı və Abşeron yarımadasında iyulun 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, şimal-qərb küləyinin günün ikinci yarısında mülayimləşəcəyi gözlənilir.

Havanın temperaturu gecə 20-25, gündüz 30-35 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.