Rəqqasə Oksana Rəsulova ötən gün Hindistanın məşhur “İndias Best Cine Star Ki Khoj” rəqs yarışmasında finala keçib.
Axşam.az-ın məlumatına görə, sənətçiyə bununla əlaqədar 25 min Hindistan rupisi (təxminən 403 dollar) verilib. Aktyorluq bacarığını nümayiş etdirən Oksana çıxışı ilə münsifləri heyran qoyub. Rəqqasənin şousunu aşağıdakı videonun 42-ci dəqiqəsindən sonra izləyə bilərsiniz.
Qeyd edək ki, Hindistanın "XEE TV"-sində həftənin şənbə və bazar günləri yayımlanan müsabiqənin finalına 12 iştirakçı qalıb. Onlardan altısı qız, altısı isə oğlandır.