Nigar Camalın münsif olduğu yarışmada etiraz - video

Nigar Camalın münsif olduğu yarışmada etiraz - video
6363 dəfə oxunub
  • A-
  • A
  • A+
Münsif kürsüsündə müğənni Sinan Akçıl, Atiyə, "Eurovison 2014" mahnı müsabiqəsinin qalibi Nigar Camal və rejissor-fotoqraf Nihad Odabaşının əyləşdiyi məşhur "X Factor" yarışmasının Türkiyə versiyası olan "Star işığı"nda narazılıq yaranıb.
 
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Kanal D"də yayımlanan müsabiqədə Halil Polad adlı iştirakçının Atiyə ilə mübahisəsi düşüb. 

Belə ki, H.Polad onun çıxışına münasibət bildirən müğənninin "Bu fikirlərimi sənin daha da yaxşı oxumağın üçün söyləyirəm, ifanı bəyənmək məcburiyyətində də deyiləm" sözlərinə qeyri-etik cavab verib:

"Əlbəttə ki, bəyənməyə bilərsiniz. Çünki sizinlə ifa tərzimiz çox fərqlidir. Mənim səsinizdə və mahnılarınızda heç nə hiss etmədiyim kimi, sizin də oxumağımı xoşlamamağınız normaldır".

İştirakçının bu sözləri münsiflərin etirazına səbəb olub.