Müğənnini bu klipə görə öldürəcəklər - video

Müğənnini bu klipə görə öldürəcəklər - video
4258 dəfə oxunub
  • A-
  • A
  • A+

İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması üzvləri kürd müğənninin klipinə görə öldürüləcəyini açıqlayıb.

Axşam.az anspress-ə istinadən xəbər verir ki, məşhur kürd pop müğənnisi Helli Luv "Hər şey üçün risk et" adlı klipini internetdə yayımladıqdan sonra İŞİD silahlılarının ölüm siyahısına daxil edilib. Müğənninin klipdə qadın peşmərgələrlə molotof kokteyli atması, əllərində "Kalaşnikov" avtomatların olan qadınlarla rəqs etməsi İŞİD üzvlərini qıcıqlandırıb. Fevral ayında "Youtube" sosial şəbəkəsində yayımlanan klip 2,5 milyon internet istifadəçisi tərəfindən izlənilib.

Helli həmin klipə görə ölümlə hədələndiyini bildirib. O, klipdə əsas mesaj xalqının ruhunu, müstəqillik mübarizəsini və bu yolda döyüşməyin də lazımlı olduğunu vurğulayır.

Qeyd edək "Twitter" mikro-bloqunda ABŞ prezidenti tərəfindən də izlənilən müğənninin klipi Barak Obamanın da xoşuna gəlib.


Helly Luv - Risk It All - New Clip 2014 - Full... by sozbaznet