Sevda, Elton və Tolik xeyir iş görəcək

Sevda, Elton və Tolik xeyir iş görəcək
2443 dəfə oxunub
  • A-
  • A
  • A+

Prodüser Tolik müğənni Sevda Yahyayeva və Elton Hüseynəliyevin xeyriyyə konsertini keçirəcək.

Axşam.az-ın məlumatına görə, prodüser bu haqda İnstaqram səhifəsində yazıb. O, Heydər Əliyev sarayında baş tutacaq konsertin mayın ortasına təsadüf edəcəyini bildirib:

“Allah nəsib etsə mayın ortasında xeyir iş görəcəyik. İki balamız xəstəlikdən əziyyət çəkir, əməliyyata ehtiyacı var. “Məlahətli ana” xeyriyyə cəmiyyəti ilə birlikdə Sevda və Eltonun konsertini təşkil edəcəm. Məkan Heydər Əliyev sarayı olacaq. Satılan biletlərdən əldə olunacaq gəlirin hamısı uşaqların əməliyyatına sərf olunacaq”.