Vəkili Pınar Altuğu məhkəməyə verdi

Vəkili Pınar Altuğu məhkəməyə verdi
1462 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aparıcı və aktrisa Pınar Altuğu keçmiş vəkili Ünvər Yörügər məhkəməyə verib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, vəkil Altuğun keçmiş həyat yoldaşından boşanan zaman ona vəd etdiyi məbləği ala bilmədiyini iddia edib. 2003-cü ildə keçmiş həyat yoldaşından ayrılan aktrisanın vəkili 11 il keçdikdən sonra ondan 113 min 906 lirə (42 min manat) tələb edib. O, pulun faizini, eyni zamanda da təzminat istəyib. Pınar Altuğ isə məhkəməyə göndərdiyi cavab ərizəsində vəkilini günahlandırıb. Aktrisa boşanma məhkəməsi zamanı lazımsız xərclər ödədiyini bildirib. Bunda isə vəkilini günahlandırıb. O, xərclədiyi pulların qarşılığında müsbət nəticə əldə etməməkdən şikayətlənib.