"İlqar yaxşı olar ki, öz işi ilə məşğul olsun" - Tural

"İlqar yaxşı olar ki, öz işi ilə məşğul olsun" - Tural
2937 dəfə oxunub
  • A-
  • A
  • A+
“Space” telekanalında yayımlanan "Şou+” verilişinin aparıcısı Tural Ozanın müğənni Rüfət Axundovla mübahisəsi müzakirələrə səbəb olub.

Axşam.az-ın məlumatına görə, ANS telekanalının aparıcısı İlqar Mikayıloğlu dünən “Günəbaxan” verilişində həmin mübahisədən bəhs edərək Tural Ozanı sənətçinin şəxsi həyatına müdaxilə etməkdə günahlandırıb və qınayıb.

T.Ozan “Facebook” səhifəsində qarşı tərəfə cavab verib:

“Deyəsən, son günlər verilişlər mövzu tapmır. ANS-in “Günəbaxan” verilişində İlqar Mikayıloğlu Rüfətlə mənim "Şou+”dakı söhbətimizi müzakirə edib. İlqarın mövqeyinə baxın: "Müğənni ailəlidirsə, onun haqqında hər şeyi göstərmək olmaz". Sonra da deyir ki, mən şou-biznes adamı deyiləm. Birincisi, bütün dünyada maqazin verilişləri bunun üzərində qurulub. İkincisi, jurnalistin bir mövqeyi olmalıdır. İndi bəzi aparıcılar müğənninin evindən çıxmır. Buna görə də mənim mövqeyim bəzilərinin xoşuna gəlmir. Üçüncüsü isə İlqar efirdə mənə "qaqaş" deyə müraciət edib. Qaqaş yox.. İlqar, yaxşı olar ki, öz işi ilə məşğul olsun”.

Xatırladaq ki, Tural Ozan və Rüfət Axundov arasındakı qalmaqala sənətçinin gecə klubunda çəkilən videosu olmuşdu.