“Özünə bax 3”ün birinci mərhələsi başa çatır – fotolar

“Özünə bax 3”ün birinci mərhələsi başa çatır –  fotolar
2702 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalında yayımlanan “Özünə bax” zövq yarışmasının üçüncü sayı da maraqlı anlarla yadda qalacaq.

Axşam.az-ın məlumatına görə, bu həftə müsabiqənin birinci yarımfinalına yekun vurulur. Bundan sonra seçilən iştirakçılar ikinci yarımfinalda mübarizə aparacaqlar. Ötən gün müsabiqənin münsif kürsüsündə layihənin siması Ruhi Əliyeva, modelyer Afaq İsmayılova, blogger Aynur Gözəl, stilist Mehmet əyləşib. Müsabiqəyə qatılan beş iştirakçıdan yalnız ikisi ikinci yarımfinala vəsiqə qazanıb. Aytac Hüseynova, Osman Abızadə geyimləri ilə münsiflərin müsbət rəyini alıblar. Zeynəb Hüseynova, Məhərrəm Musayev, Vidadi Məmmədlinin geyimləri müzakirəyə səbəb olub. Münsiflər qeydiyyatın başa çaqtdığını və növbəti həftədən ikinci yarımfinala start veriləcəyini bildirib.

Qeyd edək ki, veriliş Axşam.az-ın informasiya dəstəyi ilə həftənin ilk üç günü saat 15:00-da canlı yayımlanır. Layihənin siması Ruhi Əliyeva, aparıcısı Rüfət Ağayev, redaktoru Ülvi Hadıyev (Şaba), Aygün Rəsulzadə, prodüseri Vüqar Şəfiyev, fotoqrafı Ruslan Əsədov, rejissoru Qəmər Abbasovadır.

Müsabiqədə birinci yeri tutan xanıma brilliant tac, bəyə isə avtomobil hədiyyə olunacaq.